Logo
E-Maliyyə

Son 12 ayın əmək haqqı

Daxil edilib
0 / 12 ay
Cəmi
0.00 AZN
Orta aylıq
0.00 AZN

Əmək Məcəlləsinə əsasən minimum əsas məzuniyyət 21 iş günüdür

Hesablama alqoritmi

📋 Əmək Məcəlləsi — Maddə 140 (Hesablama alqoritmi)

140.1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olunmuş, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəbindən tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur.

140.2. 12 təqvim ayından az əmək münasibətində olub məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

140.3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etmək üçün:
  ① 12 ayın cəmi ÷ 12 = orta aylıq əmək haqqı
  ② Orta aylıq ÷ 30.4 = bir günlük əmək haqqı
  ③ Günlük × məzuniyyətin təqvim günləri = məzuniyyət haqqı


Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

📋 Məzuniyyət növləri və müddətləri

Əsas məzuniyyət: minimum 21 təqvim günü

Əmək stajına görə əlavə məzuniyyət:
• 5–10 il staj: +2 təqvim günü
• 10–15 il staj: +4 təqvim günü
• 15 ildən çox staj: +6 təqvim günü
⚠ İstisna: Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə (əmək şəraitinə görə əlavə məzuniyyət verilən işçilərə) staja görə əlavə məzuniyyət verilmir.

Uşaqlı qadınlara əlavə məzuniyyət (əsas və əlavə məzuniyyətin müddətindən asılı olmayaraq):
• 14 yaşınadək 2 uşağı olan qadınlara: +2 təqvim günü
• 14 yaşınadək 3 və daha çox uşağı olan qadınlara: +5 təqvim günü
Əlilliyi olan uşağı olan qadınlara: +5 təqvim günü

Əmək şəraitinə və funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət:
• Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır olan işçilərə
• Əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə
• Minimum müddət: 6 təqvim günündən az olmamalıdır